Xəbər verdiyimiz kimi, Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Arasdırma.info xəbər verir ki, M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.
O, 1992-1997-ci illərdə Daxili İşlər Nazirliyində, sonrakı illərdə isə uzun müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb.
Mürsəl İbrahimov 27 mart 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Son illər “Kapital Bank” ASC-nin Təhlükəsizlik Departamentinin direktoru olub.//bizimmedia
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70