"Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək" - Ərdoğan

Oxunma sayı: 153
30-04-2023, 08:31

"Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək" - Ərdoğan
"Əziz qardaşım İlham bəy bizi ilk gündən Pazarcık mərkəzli zəlzələdə heç vaxt tək qoymadı. Axtarış-xilasetmə qrupları ilk andan Kahramanmaraşda bizimlə idi".
Arasdırma.info xəbər verir ki, bu barədə Türkiyədə keçirilən "Teknofest"də çıxış edən Rəcəb Tayyib Ərdoğan danışıb.
Türkiyə lideri qeyd edib ki, Azərbaycan Kahramanmaraş şəhərində zəlzələdən zərər çəkənlər üçün şəhərcik inşa edəcək:
"Bu kifayət etmədi, sonra qardaşım İlham Kahramanmaraşda 1000 daimi yaşayış yeri vəd etdi. Ancaq biz orada məktəbi, məscidi, yataqxanası və bir çox konseptlərdə binaları olan bir Azərbaycan şəhərciyi tikmək qərarına gəldik. Bu gün bu münasibətlə biz bunun da əsasını qoyacağıq".
//yeniavaz
[media=]

Paylaş
Xəbər lentİ