Ermənistanda saxlanılan iki azərbaycanlı hərbçidən biri Aqşin Bəbirovun "cinayət işi" üzrə məhkəmə hökmü çıxarılıb.
Arasdırma.info erməni mətbuatına istinadən xəbər verir ki, Prokurorluq İctimai TV-nin sualına cavab olaraq bildirib ki, Sünik rayon ümumi yurisdiksiya məhkəməsi Bəbirovu 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Azərbaycan hərbçisi dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatını dövlət sərhədindən qanunsuz keçirməkdə təqsirli bilinib.
İkinci hərbi qulluqçu Hüseyn Axundovun cinayət işi üzrə istintaq davam edir. Axundov həm də Zəngəzur Mis-Molibden Kombinatında mühafizəçini öldürməkdə ittiham olunur.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.//uçnokta
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70