Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Arasdırma.info xəbər verir ki,qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov başqa bir vəzifəyə keçməklə əlaqədar tutduğu vəzifədən azad olunaraq digər bir vəzifəyə,Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin olunub.
Qeyd edək ki, Hüseynov İsmayıl Xəlil oğlu 1974-cü ildə anadan olub. 1991-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarəedilməsi fakultəsində iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 1995-ci ildən gömrük orqanlarında xidmətə başlayıb.
İsmayıl Hüseynov 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə edib. 2001-ci ildə hərbi xidmətdən təxris olunduqdan sonra gömrük orqanlarında xidməti fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışıb. 25 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.Gömrük islahatlarının aparılması ilə əlaqədar bu generalın da yerinin dəyişdirilməsi gözlənilən idi.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70