İcra hakimiyyətində əməliyyat zamanı bu şəxslər saxlanılıb

Oxunma sayı: 156
1-08-2023, 07:35

İcra hakimiyyətində əməliyyat zamanı bu şəxslər saxlanılıb
Ötən gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı saxlanılan bəzi şəxslərin adları məlum olub.

Arasdırma.info report-a istinadən xəbər verir ki, saxlanılan arasında Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərovun da olduğu bildirilir.

xxx


Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirir.

Arasdırma.info apa-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində rayonun baş memarı Sahil Qənbərli və bələdiyyə sədri Mehdi Kərimov Korrusiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı Rafiq Cəlilovdur və 2021-ci ilin sentyabrın 14-dən rayona rəhbərlik edir.
İcra hakimiyyətində əməliyyat zamanı bu şəxslər saxlanılıb

Paylaş
Xəbər lentİ