Nazirlikdən generalın işdən çıxarılması xəbərinə REAKSİYA

Oxunma sayı: 154
22-09-2023, 01:47

Nazirlikdən generalın işdən çıxarılması xəbərinə REAKSİYA
Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunub.



Arasdırma.info xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.



Generalın işdən çıxarılma qərarı Penitensiar Xidmət sahəsində aparılan kadır islahatları ilə bağlıdır.



Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Tanrıverdi Mustafayevə müraciət etdik. Qurum rəsmisi bu barədə məlumatının olmadığını, Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağlmızı tövsiyyə etdi.



Nazirlikdən isə məlumatı dəqiqləşdirib məlumat verəcəklərini dedilər.

Paylaş
Xəbər lentİ