İnsan hüquqlarının qorunması və başa düşülməsi əsasən milli səviyyədəki inkişaf və mexanizmlərdən asılıdır. Milli səviyyədə mövcud olan qanun-lar, siyasətlər, prosedur və mexanizmlər hər bir ölkədə insan hüquqlarının təmin olunması üçün əsasdır. Buna görə də, insan hüquqlarının milli konstitusional və hüquq sistemlərinin tərkib hissəsi olması, ədalət mütəxəssislərinə insan hüquqları standartlarının tətbiqi ilə bağlı təlim keçilməsi, insan hüquqlarının pozuntularının pislənməsi və onlara qarşı sanksiyaların qəbul edilməsi vacibdir. Regional və beynəlxalq səviyyələrlə müqayisədə milli standartlar daha çox birbaşa təsirə malik-dir və milli prosedurlar daha əlçatandır. Eleanor Ruzvelt öz müşahidələri əsasında bildirirdi:
Heç nəyə baxmayaraq, universal insan hüquqları haradan başlayır? Evə yaxın olan kiçik yerlərdən – onlar o dərəcədə evə yaxın və balacadırlar ki, dünya xəritəsində onları görmək mümkün deyil. Bununla belə, onlar fərdin dünyasıdır: onun yaşadığı qonşuluq; onun oxuduğu məktəb və ya kollec; onun işlədiyi zavod, fabrik və ya ofis. Belə yerlər hər bir kişi, qadın və uşağın bərabər ədalət, bərabər imkan, ayrı-seçkiliyə məruz qalmadan bərabər ləyaqət axtardığı yerlərdir. Əgər bu hüquqlar həmin yerlərdə məna kəsb etməsə, başqa yerlərdə də çox az əhəmiyyət daşıyacaqdır.2
Buna görə də, hüquqlara hörmət etmək, onları təmin etmək və həyata keçirməklə bağlı dövlətin öhdəliyi əsasdır, dövlət məqsədli və ya davamlı şəkildə insan hüquqlarını pozduğu halda təşkil edilən regional və ya beynəlxalq tribunallar isə köməkçidir. Biz hamımız milli səviyyədə baş verən hüquq pozuntuları ilə bağlı regional və beynəlxalq mexanizmlərə müraciət etməyin əhəmiyyətinin artdığından xəbərdarıq. Regional və beynəlxalq məsələlər və ya yardım dövlət daxilində hüquqların təmin olunmasına təkan verə bilər, lakin bu, yalnız daxili vasitələr istifadə edildikdən və tükəndikdən sonra baş verir. Bu səbəbdən, biz bölmənin qalan hissəsini sözügedən məsələyə həsr edirik. Dövlətdaxili sistemlər insan hüquqlarının müdafiəsini adekvat şəkildə təmin edə bilmədikdə hansı çarələr mövcuddur?
İnsan hüquqları müqavilələr vasitəsilə tanınır
Dövlətlər insan hüquqları mövzusunda müəyyən müqavilələrin hazırlanması üçün beynəlxalq səviyyədə bir araya gəlmişlər. Bu müqavilələr fərdlərlə bağlı dövlətlər üzərinə müəyyən öhdəliklər qoymaqla onların davranışı üçün obyektiv standartlar yaradırlar. Onların iki növü var: hüquqi cəhətdən öhdəlik yaradan və yaratmayan. Hüquqi öhdəlik yaradan sənəd, Müqavilə, Konvensiya və ya Pakt adlandırılır, dövlətlərin insan hüquqlarını milli səviyyədə tətbiq etmək üzrə könüllü öhdəlik götürməsini təmsil edir. Dövlətlər fərdi şəkildə ratifikasiya və ya qoşulma yolu ilə (sadəcə sənədi imzalamaq onu həyata keçirmək arzusunu əks etdirsə də, hüquqi öhdəlik yaratmır) bu standartlara əməl etmək öhdəliyi götürürlər. Dövlətlər müm-kün qədər çox müqaviləni imzalaya bilmək üçün 1979-cu il Müqavilələr Hüququ üzrə Vyana Konvensiyasına uyğun olaraq şərtlər irəli sürməklə və ya bəyanatlar verməklə sənədin müəyyən müddəalarına əməl etməkdən azad oluna bilərlər. Hər şeyə baxmayaraq, heç bir insan hüququna əməl etməyən dövlətlə müqayisədə bəzi insan hüquqları müddəalarına əməl etməyi vəd edən dövlət daha yaxşıdır! Bununla belə, bu mexanizmdən əsas insan hüquqlarını pozan dövlət tərəfindən müəyyən sahələrdə beynəlxalq nəzarətdən “xilas olmaq” üçün bəhanə kimi sui-istifadə oluna bilər. İnsan hüquqları milli səviyyədə hüquqi öhdəlik yaradan qanunların qəbuluna təkan vermişdir. Beynəlxalq insan hüququ normaları dövlətləri bu standartları milli konstitusiyalar və digər qanunvericilikdə işıqlandırmağa ruhlandırmışdır. Onlar, həmçinin, insan hüquqları pozuntuları ilə bağlı milli səviyyədə təzminatların təmin edilməsinə şərait yarada bilərlər.
Əksinə, hüquqi öhdəlik yaratmayan vasitə, əsasən, sadəcə dövlətlər tərəfindən heç bir öhdəlik olmadan, müəyyən hüquqların təmin olunması məqsədilə bütün cəhdlərin ediləcəyinə dair verilən bəyannamə və ya siyasi müqavilədir. Bu, təcrübədə, adətən, güclü siyasi öhdəliklər olsa da, onların yerinə yetirilməsi üçün heç bir rəsmi (və ya hüquqi) mexanizmlərin mövcud olmadığı deməkdir.
Ən əhəmiyyətli qlobal insan hüquqları vasitəsi 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bu sənəd olduqca geniş şəkildə qəbul olunduğundan onun ilkin qeyri-məcburi xarakteri dəyişmişdir və hazırda onun əksər müddəalarına beynəlxalq adət hüququ əsasında hüquqi cəhətdən məcburi öhdəliklər kimi istinad edilir. Bu sənəd onlarla digər beynəlxalq və regional vasitə, yüzlərlə konstitusiya və digər qanunvericilik aktlarının ilham aldığı təməl insan hüquqları vasitəsidir. ÜİHB fərq qoyulmadan dünyanın hər yerindəki bütün kişi və qadınların malik olduğu insan hüquqları və fundamental azadlıqlarını irəli sürən preambula və 30 maddədən ibarətdir. Burada həm mülki və siyasi, həm də sosial, iqtisadi və mədəni hüquqlar əhatə olunmuşdur:
Bərabərlik hüququ
Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ
Köləliyə məruz qalmamaq hüququ
İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ
Qanun qarşısında şəxsiyyət kimi tanınmaq hüququ
Qanun qarşısında bərabərlik hüququ
Səlahiyyətli məhkəmə tərəfindən mühakimə olunmaq hüququ
Əsassız həbs və sürgünə məruz qalmamaq hüququ
Ədalətli ictimai dinləmə hüququ
Təqsiri sübut olunana qədər günahsız sayılmaq hüququ
Ölkə daxilində və xaricində sərbəst hərəkət hüququ
Təqibdən başqa ölkələrə sığınmaq hüququ
Milliyyətə malik olmaq və onu dəyişmək hüququ
Evlənmək və ailə qurmaq hüququ
Şəxsi mülkiyyətə sahib olmaq hüququ
İnam və din azadlığı
Fikir və məlumat azadlığDinc toplaşmaq və birləşmək azadlığDövlət idarəçiliyi və azad seçkilərdə iştirak etmək hüququ
Sosial təhlükəsizlik hüququ
Arzuolunan iş və həmkarlar ittifaqlarına qoşulmaq hüququ
İstirahət və asudə vaxt hüququ
Adekvat yaşayış standartı hüququ
Təhsil hüququ
İcmanın mədəni həyatında iştirak etmək hüququ
ÜİHB-in tətbiq olunduğu sosial nizam hüququ
Bəyannamə, həmçinin, azad və tam inkişaf, eləcə də digələrinin hüquqları və azadlıqlarına hörmət üçün vacib olan icma və vətəndaşlıq öhdəliklərini vurğulayır. Eyni zamanda, bəyannamədəki hüquqlar insanlar və ya dövlətlər tərəfindən insan hüquqlarını pozmaq üçün istifadə oluna bilməz.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi,hüquq üzrə fəlsəfə doktoru Musayeva Ulduz Əliyar qızı
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70